19.4.12

Bir Gəncin Elnur Məcidliyə ithafi.

Oturdum oxudum Elnur Məcidli haqqında çox insan yazdı.Mən isə Elnur haqqında şeir yazmaq istədim.Bu mənim şeirim olmasa da Elnura layiq şeirdir.sadəcə 5 dəqiqə vaxt ayırıb oxumaq yetər ki,qiymət verəsiniz.şeiri tesadüfən yazılarımın arasından tapdım.bu şeir Əhməd Cavadı olsa da,sanki Elnur qardaşımıza yazılmışdır.
           

         Mən bir quşam,yük altında əzilmişəm qalmişam,
         sevinc içrə bir məhkumam,ahu zardır sirdasım.
         Damğa vurub, zəncirləyib tullamışlar zindana
         Mənə "dinmə","sus" deyirlər,nə vaxtacan susacam,
         Böhranların,hicranların məhbəsinde qalacam?
         Niyə susum,danışmayım,insanlıqda payım var.
         Mənim ana vətənimdir talan olan bu diyar.
         Niyə susum danışmayım,türk yurdudur bu torpaq.
         Susmayacam, qoy assınlar,yük altında olunca,
         Təhqirlərə dözə-dözə,düşmən mənə gülüncə,
         Süd verərkən doğma anam belə demişdir mənə.......
         Səni qurban bəsləyirəm,Türk yurduna,vətənə!
         Bu dünyada azadlığı şan-şöhrətdən estün tut,
         Alcaqlıgı,yaltağlığı,rəzilliyi sən unut!
         Sənin sevgin vətən olsun,millət olsun,mən olum,
         Südüm sənə haram olsun xəyanət etsən oğlum!
         Necə susum,hanı vətən,de harda qaldı millət?
         mən bir qulam,yerim altun,südüm gümüş,özüm ac,
         Atam məhkum,anam sail,əmim hər şeyə möhtac.
         Dil yaranib danısmağa,mən danişa bilmirəm,
         Aç qəlbimi,yar sinəmi,ciyər vərəmdir,vərəm!
         Koramal tək sürünməkdə,denən,varmıdır məna?
         Nə vaxtacan cörek ücçün girək hər alçaq dona?
         Mən azər türk övladıyam,dərin əqlim zəkam var.




               

Комментариев нет:

Отправить комментарий