13.6.14

Elə belə bir yazı...

  Məmurları milyonlara sahib olan,dəbdəbəli həyat sürən,villalarını,bahalı maşınlarınısosial şəbəkələrdə paylaşıbıb öz acgözlüklərini xalqın gözünə soxan insanlarla qarabağ əlilinin,müəllimin imkansızlıqdan dilənçilik etdiyi neft və milyonlar səltənəti olan bir ölkədə yaşamaq çox çətindir.Əslində asan olmalıdır.Yerinin altı da üstü də sərvətlərlə dolu olan bir ölkənin vətəndaşları xoşbəxt olmalıdır.Bu bizim,Azərbaycan vətəndaşlarının haqqıdır.Amma reallıqsa bunun tam əksidir.Təkcə neftdən hər gün hesablamağa belə həvəsim olmayacaq miqdarda pul qazanılır.Qazanılan bu milyonlar Azərbaycan vətəndaşına,onun rifahının yaxşılaşdırılmasına deyil,illərdir xalqın pulunu oğurlayan,insanların haqqlarını tapdalayan acgöz məmur ordusunun ciblərinə axır.Qanları rüşvətlə zəhərlənmiş insanlar vətəndaşlara xidmət edə,onların problemləri ilə maraqlana bilməzlər.Azərbaycan məmurunu maraqlandıran insanların necə yaşaması deyil,büdcədən ayrılmış milyonları necə silməyin yollarını öyrənməkdir.Oğurlaq,əliəyrilik bunların əsas insani keyfiyyətləridir.Bu insanlar heç vaxt xalqa,millətə xidmət edə bilməz.Onlardan yaxşı nəsə gözləmək İlham Əliyevin demokratik yolla prezident seçilməyinə inanmaq qədər sadəlövhlükdür.
   Bu ölkədə vətəni sevmək,azadlıq uğrunda mübarizə aparmaq,haqqlarını tələb etmək ən ağır cinayət,bu mübarizəni aparanlarsa ən təhlükəli cinayətkarlardır iqdidarın gözündə.Yaltaqlıq,ikiüzlülük,rüşvətxorluq isə vəzifə tutmaq üçün qoyulmuş kriteriyalardır.Əgər belə olmasa idi savadlı,intellektli,fədakar insanlar həbsdə,vətən sevgisinin nə olduğunu bilməyənlər,iki eşşəyin arpasını bölmək qabiliyyətinə sahib olmayanlar isə vəzifələrdə olmazdırlar.
    Azərbaycanı pillələri arasında yerlə göy qədər fərq olan iki pilləli bir nərdivana bənzədirəm.Aşağı pillədə xalq,yuxarı pillədə isə rüşvətxor məmurlar dayanır.Yuxarı ilə aşağı arasında əlaqə illərdir kəsilib.Məmurlar nəyinki xalqın problemlərini həll etmir,heç maraqlanmırlar da.Əksinə insanların əlində olan hər şeyə gözlərini dikiblər.Bunların doymaq fikirləri yoxdur,ümumiyyətlə doymağın nə olduğunu bilmirlər.Rüşvətsiz yaşamağı bacarmırlar.Vəzifəyə gəlmək üçün rüşvət verən adamdan bunnan fərqli bir sey gözləmək də olmaz.

8.6.12

İnformasiya müharibəsi

   Bir neçə gündüki sosial şəbəkələrin gündəmini müharbə mövzusu zəbt edib.Dünən isə mövzu pik həddinə çatdı.Məlumatı olan da,olmayan da hər kəs cəbhə bölgəsindən xəbərlər yayırdı ya da kiminsə yazdıqlarını kopyalayıb paylaşırdı.Hamı qəhrəman olmaq,informasiyanı ilk çatdıran olmaq uğrunda mübarizəyə girişmişdi.Məlumatların haqiqətə uyğun olub olmadığın dezinformasiya olduğunu dəqiqləşdirmədən paylaşırdı.Cəbhə bölgəsində xidmətdə olan əsgərlərin yaxınlarının narahatlıqları nəzərə alınmadan onların duyğuları ilə oynanıldı.insanlar çox narahat oldular.Cox gərginlik keçirdilər.Həmin an demək olarki hamı axına düşmüşdü.Hamı artıq özünü müharibədə hiss edirdi.Qorxanlar da oldu,cəbhəyə getmək istəyənlər də.Facebook səhifələri like yarışına girmişdilər.Çox hadisələr oldu dünən.
     Bu hadisələr hamı kimi mənim də beynimi məşğul etdi,məni də narahat etdi.Yaxınları əsgərlikdə olan biri kimi,bir vətəndaş kimi.Dünən insanlar çox həyəcanlı idilər.Düşünməməməkdə ittiham edənlər dən hər şey yazılırdı.Bu gün soyuq başla yenidən düşündüm.Məsələyə öz şəxsi münasibətimi bildirmək istədim bir vətəndaş kimi.Məncə bütün bu olanlar hakimiyyətin cızdığı bir ssenari idi.Vətəndaşlarını daima qorxu altında saxlamaq istəyən hakimiyyət tərəfindən.Bu hakimiyyət nə sülh yolu ilə nə də müharibə ilə torpaqları qaytaran deyil.
    Baş verənlər müxalifətin aksiyalarımdam qorxuya düşən hakimiyyətin təşkil etdiyi bir oyun idi.Düzdü döyüşlər olub,əsgərlərimiz ölüb.Məhz belə  bir vaxtda əməliyyatların olması hakimiyyətin planı idi.Son zamanlar onlara olan çoxsaylı beynəlxalq təzyiqlər,müxalifətin fəallaşması idi səbəb bunların baş verməsinə.Xalqın başın müharibə xofu ilə qatırlar.Belə bir durumda müxalifət piket,aksiya keçirsə əvvəlcədən planlaşdırılmış ssenariyə uyğun olaraq iqtidar müxalifəti ölkənin dar günündə xalqa dəstək olmamaqda.ermənilərə işləməkdə günahlandıracaq təbii ki.Amma biz anlayırıqki,bunlar Qarabağı qaytaran deyillər.Azərbaycanın ən böyük problemi demokratik rejimin qurulmasıdır.Bu baş verdikdən sonra Qarabağ da alınacaq.Müxalifəti vətəni sevməməkdə günahlandıranlar anlasınlarki əgər müharibə baş verərsə ilk olaraq cəbhəyə gedənlər də müxalifətçi gənclər olacaq.Biz bu vətən,bu xalqın azadlığı uğrunda mübarizə aparırıq.20 ildə Qarabağı almayan rejimdən müharibə gözləmirik!

19.4.12

Bir Gəncin Elnur Məcidliyə ithafi.

Oturdum oxudum Elnur Məcidli haqqında çox insan yazdı.Mən isə Elnur haqqında şeir yazmaq istədim.Bu mənim şeirim olmasa da Elnura layiq şeirdir.sadəcə 5 dəqiqə vaxt ayırıb oxumaq yetər ki,qiymət verəsiniz.şeiri tesadüfən yazılarımın arasından tapdım.bu şeir Əhməd Cavadı olsa da,sanki Elnur qardaşımıza yazılmışdır.
           

         Mən bir quşam,yük altında əzilmişəm qalmişam,
         sevinc içrə bir məhkumam,ahu zardır sirdasım.
         Damğa vurub, zəncirləyib tullamışlar zindana
         Mənə "dinmə","sus" deyirlər,nə vaxtacan susacam,
         Böhranların,hicranların məhbəsinde qalacam?
         Niyə susum,danışmayım,insanlıqda payım var.
         Mənim ana vətənimdir talan olan bu diyar.
         Niyə susum danışmayım,türk yurdudur bu torpaq.
         Susmayacam, qoy assınlar,yük altında olunca,
         Təhqirlərə dözə-dözə,düşmən mənə gülüncə,
         Süd verərkən doğma anam belə demişdir mənə.......
         Səni qurban bəsləyirəm,Türk yurduna,vətənə!
         Bu dünyada azadlığı şan-şöhrətdən estün tut,
         Alcaqlıgı,yaltağlığı,rəzilliyi sən unut!
         Sənin sevgin vətən olsun,millət olsun,mən olum,
         Südüm sənə haram olsun xəyanət etsən oğlum!
         Necə susum,hanı vətən,de harda qaldı millət?
         mən bir qulam,yerim altun,südüm gümüş,özüm ac,
         Atam məhkum,anam sail,əmim hər şeyə möhtac.
         Dil yaranib danısmağa,mən danişa bilmirəm,
         Aç qəlbimi,yar sinəmi,ciyər vərəmdir,vərəm!
         Koramal tək sürünməkdə,denən,varmıdır məna?
         Nə vaxtacan cörek ücçün girək hər alçaq dona?
         Mən azər türk övladıyam,dərin əqlim zəkam var.




               

10.4.12

AZADLIQI sevməyənlər

Demək olar hər gün sosial şəbəkələrdən istifadə edirəm.Mənə marağlıdır ki,sosial şəbəkələr və yateleviziyalar müxalifətin aksiyalarından sonra daha da fəallaşır.İzlədiyim və qənaətə gəldiyim bəzi məsələlər vardır.Bunlar sizə də marağlıdır əminəm.Belə ki,fikirləşdim əcəba bizim xalqın "AZADLIQ"sözündən xoşu gəlmirmiş.Niyə?Ona görə ki,müxalifətin meydanlarda azadlıq,istefa deməsi kimlərisə qıcığlandırır.Bəli bu sözlər hakimiyyəti qıcıqlandırır bu təbi bir şeydir.Ancaq mənə başqa insanlar daha marağlıdır.Bunlar o insanlardır ki,bir il bundan əvvələ kimi müxalifəti təmsil edib indi isə hansısa internet dərgisi açıb, kənara çəkilənlərdir.Bu o insanlardır ki mübarizədən qorxan və geri çəkilənlərdir.
siz deyirsiz müxalifətçilər nə üçün azadlıq istefa deyir.mən sizə başa salmağa çalışacam.Hörmətli yoldaşlar,azadlıq sözünün sizi bu qədər qıcığlandırdığını bilmirdim.sizi qınamıram,nə vaxt azad  oldunuz ki,(1992 1993 den başqa)bu sözü de sevəsiniz.Bir də,müxalifətin o qədər yazdığı şüarı görmürsünüzsə,sizi göz həkiminə apara bilərəm.Yəqin ki,siz istəyirsiniz ki,mexalifət çıxıb meydanda desin ki,"bəs bir səhvdi etmişik bura çıxmışıq"?Müxalifət düşərgəsi istefa qışqırmayıb bəs nə qışqırmalıdır?.Yenə də sizi qınamıram rüşvətlə qiymət almısınız,sizdən nə tələb edə bilərəmki.Sizin işiniz ancaq budur ki,oturasınız bir kənarda müxalifətin aksiyasına neçə min nəfər gəlib onu sayasınız.Ancaq sizin biraz da olsa dünya görüşünüz olsa idi görərdiniz ki,dünya ölkələrin də aksiyalarda esas say önəmli olan deyil.Bu bəhanələrinizə cavab verdim,bir qaldı gənc lider.Bizim savadlı ,demoktratik,azadlıq sevən,Ə.Elçibəy varisi liderimiz Əli Kərimlidir.Əli bəyin savadına dünya görüşünə paxıllıq etməkdənsə onun arxasınca gedib xalq dili ilə desək "ağ"günə çıxa bilərik.İndi özünüz düşünün!
   İndi gedin növbəti bəhanələri fikirləşin gələn aksiyaya.
Mən məktəbdə oxuyarkən müəllim dərsi izah edəndən sonra belə deyərdi:sualı olan var?indi mən sizə müraciət edirəm,sualı olan var?.

4.4.12

DIQQƏT!!!Danışır Xalq...

Hər gün mənə marağlı olub,biz danışmağı bacarırıq,əməl etməyi yox.O günə kimi danişacağsıniz ki,birdə görəcəksiniz evdə ailənizlə nahar etdiyiniz yerdə bir əli "lapatkalı" girdi evə ki,bəs evi sökürəm.Onda oyanacağsız,inanın ki, gec olacaq.Hər bir insan kimi gündəlik işlərimi görmək üçün ictimai nəqliyyatdan istifadə edirəm.Hər kəsdə olmasa 90% insan yaşaya bilmədiyini dilə gətirir.
  Bu millətin düşünən beyni ziyalısı müəllimdir.Müəllim əgər 100 manat maaş alıb (onuda kredite verib)öz etirazını bildirmirsə,onun dərs dediyi şagird ondan artiq olmayacağ.Yəni müəllim bir növ qisas alır ki,mən sürünürəmsə səndə sürünməlisən.
  Biz danışmağı sevirik əməl etməyi isə yox!Bu səbəbdən də Torpaqlarımızın 20% işğal altindadır.Yəqin ki,mən hər kəsin bildiklərini danışıram,ancaq əmin olun ki,hər kəs mənim bu bildiklərimi danışmır.
Çox gülməli bir nüansa toxunmaq istəyirəm.Bizdə bəzən deyilir,bizdə müxalifət yoxdur.İnanın ki,bunların hər biri  qorxudan irəli gəlir.Hörmətli yoldaşlar Bizdə nece müxalifət yoxdur ki,onlar sizin rifahınız üçü öz canlarını qurban verməyə hazırdırlar.Müxalifət sizin üçün meydan alır ki,siz gəlib öz etirazınızı bildirəsiniz.Siz neynirsiz?Oturursunuz evdə,qışqırırsınız ki,mən narazıyamşBəlkə müxalifət sizi zorla çıxarmalıdı meydana?əlbətdə yox bu sizin bizim hamımızın savaşıdır.Nə istəyirsiniz müxalifətdən?bu insanlar sizin rifahınız üçün Demokratıya uğrunda ölümlə üz-üzə mübarizə aparır.Siz nə edirziniz?Ancaq onları günahlandırırsınız...İnanın ki,sizin buna haqqınız yoxdur!!!
8 aprel daha bir aksiya...yenədə meydan bizimdir,bəli bizim sizin,bütün Azərbaycan xalqının.Yenədə müxalifət fəalları sizin haqqınız üçün meydanlara çıxacaq.Öz haqqını özün tələb et Azərbaycan xalqı...
Narazı olan hər kəs danışsa hər kəsin problemi həll olunar.Buna inanmırsınızsa gəlin 8 Apreldə gücümüzü göstərək.Kənardan durub daışmaqdansa meydanda danışaq,həm də hamılıqla.inanın ki güc birlikdədi,indi gəlin bunu sübüt edək.Susduqca sıra sizə gələcək...
Biz güclüyük çünki haqsızliğa qarşı mübarizə aparırıq.Hər zaman haqsızlıq bizim qarşımızda əyildi,bunu bir daha sübut edək...
Əli Əkbərin "Amneziya"əsərindən bir hissə yadima düşdüş"inqilabın sabahı gündü,hər yerdə rüşvətə yox deyək,Demokratiya şüarları asılıb.Polis məmurları indiki kimi bizi təhqir etmir,söymür bizimlə gülər üz,səmimi mehriban danışır".Mən belə cəmiyyət arzusundayam bəs siz?əgər sizdə haqqınızı istəyirsinizsə 8 apreldə öz sözünüzü düyin.Hər kəs bizimlə bərabər 20 ci sahə sürücülük məktəbinin həyətində haqqıni tələb etsin!
İnşallah ƏDALƏT qələbə çalacaq buna heç şübhəniz olmasın.
Fikrimi Dahi Öndər M.Rəsulzadənin dediyi qızıl kılmılırlı bitirirəm...Sən bizimsən bizimsən durduqca bədəndə can Yaşa yaşa çox yaşa ey şanlı AZƏRBAYCAN!!!

12.3.12

Və bir səhər oyanıb görəcəyəm ki....

....Və bir səhər oyanıb görəcəyəmki,
  İnsanlar xoşbəxtdir.Polis hakimiyyəti yox asayişi qoruyur,insanların cibinə narkotik atmır,haqqını tələb edənləri döymür,vicdanla vəzifəsini yerinə yetirir.Müəllimlər tələbəni cibinə görə yox biliyinə görə qiymətləndirir.həkimlər xəstəylə heyvan kimi yox insan kimi davranır,xəstəni puluna görə müalicə etmir.Prezident və deputatlar təyin  olunmur,xalq secir.Hakimlər sifarişlə yox ədalətlə qərarlar verir.Dövlət mafiya qanunları ilə deyil,konstitutsiya ilə idarə olunur.İnsanlar haqqını tələb etməkdən qorxmur.Ancaq fahişələr və mavilər xalq artisti olmur.İnsanlara hansi bölgədən olduğuna,kimin qohumu olduqlarina görə yox insanın ozünə görə qiymət verirlər.YAP adlı partiya artıq mövcud deyil.Vicdan məhbusları azadlıqda vicdansızlar isə həbsdədir.Partiyaların qərargahları əllərindən alınmır.Müxalifətçi düşmən gesab edilmir.Lazım gəlib və artıq Qarabağ azad edilib.Xalq öz prezidentini sevir (təbii ki,öz seçdiyi prezidenti) onu dəstəkləyir.Heç kəs əsgərlikdən yayınmır,əsgərə qiymət verilir,zabitlər əsgərləri döymür,əsgərlərimiz bir-birini yox ermənini öldürür.Hamı Azərbaycan türkü olmağıyla fəxr edir...Və onu da görəcəm ki, pəncərəm artıq tozlu deyil

P.S. Bunlar "işsiz gücsüz adam" dediyiniz gəncin arzuları deyil tezliklə reallaşacaq proseslərdi.
  
   Hec nə öz-özünə baş vermir.Nəyinsə baş verməsi üçün çalışmaq lazımdı.Əgər azad,demokratik ölkənin vətəndaşı olmaq istəyirsənsə sən də haqqını tələb et.Susduqca daha çox əziləcəksən,yatdıqca daha cox ogurlayacaqlar sənin olanları.Susduqca rejimin növbəti hədəfi sən olacaqsan.Haqqını tələb et,sən də Gənclərin 17 MART "Gələcək Naminə" mitinqinə qoşul!Gələcəyini düşün!

9.3.12

Sabun Qitligi?!

Yeqin ki her birimiz "Bizim Cebis Muellim" filmine baxmisiq.Filmin movzusu muharibedir.Filmin evvelinden sonuna kimi "Sabun"esas probleme cevrilir.Cebis muellim sabun bisirmek istemir.Neye gore?? Yeqin ki,her biriniz dusundunuz ki, bu Cebis muellimin vicdani ile baglidir.O,muharibe dovrunde her kes kimi xalqa xidmet etmek isteyir, istemir ki saxta yollarla ailesini saxlasin.Elbettde bu hecde bele deyildir.Cebis muellim dusunurdu ki,eger o sabun bisirib satsa bunu onun qonsulari tanidiqlari insanlar Staline "yaltaqliq"kimi qebul edecek.Buna gore Cebis muellim sabun bisirmek istemir.Yeqin ki fikrimi mueyyen formada basa dusenler oldu.Fikrim bu filmi  analiz etmek deyil.Sadece fikrimi catdirmaq ucun bu filmden danisdim.
 Muasir dovrde eslinde sabun problemi olmasa da, inanin ki, men bundan cox narahatam.Cebis muellim yoxdu ancaq bizim "sabunumuz"var hem de kifayet qeder.Bele getse yeqin ki, sabun problemi yasayacagiq,ancaq bu onunla elaqedar deyil ki, biz muharibe seraitinde yasayiriq,bu onunla elaqedardir ki, gunden-gune "inkisaf eden"olkemizde hem de sabunlar destesi coxalir.Cemiyyetde ki insanlar qarsisina qoydugu meqsede catmagin yolunu yalniz hakimiyyetde olan partiyaya "sabunlanmaqda"gorur.Hazarat, kimise qinamaga haqqim olmadigi ucun ozum ozluyumde bunu savadsizliqla elaqelendirdim. Axi, ne qeder olmasa da menim kagiz uzerinde azad soz demek huququm var.Men cox narahatam "sabunumuz"bir gun bitecek.Indi Cebis muellimde yoxdur ki,ona yalvarag ki, bes Cebis dayi gel bize sabun bisir.Sabunan az istifade edib sabuna qenaet edek axi bizim qurur deyilen bir hissimizde var.Deyilmi?!