10.4.12

AZADLIQI sevməyənlər

Demək olar hər gün sosial şəbəkələrdən istifadə edirəm.Mənə marağlıdır ki,sosial şəbəkələr və yateleviziyalar müxalifətin aksiyalarından sonra daha da fəallaşır.İzlədiyim və qənaətə gəldiyim bəzi məsələlər vardır.Bunlar sizə də marağlıdır əminəm.Belə ki,fikirləşdim əcəba bizim xalqın "AZADLIQ"sözündən xoşu gəlmirmiş.Niyə?Ona görə ki,müxalifətin meydanlarda azadlıq,istefa deməsi kimlərisə qıcığlandırır.Bəli bu sözlər hakimiyyəti qıcıqlandırır bu təbi bir şeydir.Ancaq mənə başqa insanlar daha marağlıdır.Bunlar o insanlardır ki,bir il bundan əvvələ kimi müxalifəti təmsil edib indi isə hansısa internet dərgisi açıb, kənara çəkilənlərdir.Bu o insanlardır ki mübarizədən qorxan və geri çəkilənlərdir.
siz deyirsiz müxalifətçilər nə üçün azadlıq istefa deyir.mən sizə başa salmağa çalışacam.Hörmətli yoldaşlar,azadlıq sözünün sizi bu qədər qıcığlandırdığını bilmirdim.sizi qınamıram,nə vaxt azad  oldunuz ki,(1992 1993 den başqa)bu sözü de sevəsiniz.Bir də,müxalifətin o qədər yazdığı şüarı görmürsünüzsə,sizi göz həkiminə apara bilərəm.Yəqin ki,siz istəyirsiniz ki,mexalifət çıxıb meydanda desin ki,"bəs bir səhvdi etmişik bura çıxmışıq"?Müxalifət düşərgəsi istefa qışqırmayıb bəs nə qışqırmalıdır?.Yenə də sizi qınamıram rüşvətlə qiymət almısınız,sizdən nə tələb edə bilərəmki.Sizin işiniz ancaq budur ki,oturasınız bir kənarda müxalifətin aksiyasına neçə min nəfər gəlib onu sayasınız.Ancaq sizin biraz da olsa dünya görüşünüz olsa idi görərdiniz ki,dünya ölkələrin də aksiyalarda esas say önəmli olan deyil.Bu bəhanələrinizə cavab verdim,bir qaldı gənc lider.Bizim savadlı ,demoktratik,azadlıq sevən,Ə.Elçibəy varisi liderimiz Əli Kərimlidir.Əli bəyin savadına dünya görüşünə paxıllıq etməkdənsə onun arxasınca gedib xalq dili ilə desək "ağ"günə çıxa bilərik.İndi özünüz düşünün!
   İndi gedin növbəti bəhanələri fikirləşin gələn aksiyaya.
Mən məktəbdə oxuyarkən müəllim dərsi izah edəndən sonra belə deyərdi:sualı olan var?indi mən sizə müraciət edirəm,sualı olan var?.

Комментариев нет:

Отправить комментарий