8.6.12

İnformasiya müharibəsi

   Bir neçə gündüki sosial şəbəkələrin gündəmini müharbə mövzusu zəbt edib.Dünən isə mövzu pik həddinə çatdı.Məlumatı olan da,olmayan da hər kəs cəbhə bölgəsindən xəbərlər yayırdı ya da kiminsə yazdıqlarını kopyalayıb paylaşırdı.Hamı qəhrəman olmaq,informasiyanı ilk çatdıran olmaq uğrunda mübarizəyə girişmişdi.Məlumatların haqiqətə uyğun olub olmadığın dezinformasiya olduğunu dəqiqləşdirmədən paylaşırdı.Cəbhə bölgəsində xidmətdə olan əsgərlərin yaxınlarının narahatlıqları nəzərə alınmadan onların duyğuları ilə oynanıldı.insanlar çox narahat oldular.Cox gərginlik keçirdilər.Həmin an demək olarki hamı axına düşmüşdü.Hamı artıq özünü müharibədə hiss edirdi.Qorxanlar da oldu,cəbhəyə getmək istəyənlər də.Facebook səhifələri like yarışına girmişdilər.Çox hadisələr oldu dünən.
     Bu hadisələr hamı kimi mənim də beynimi məşğul etdi,məni də narahat etdi.Yaxınları əsgərlikdə olan biri kimi,bir vətəndaş kimi.Dünən insanlar çox həyəcanlı idilər.Düşünməməməkdə ittiham edənlər dən hər şey yazılırdı.Bu gün soyuq başla yenidən düşündüm.Məsələyə öz şəxsi münasibətimi bildirmək istədim bir vətəndaş kimi.Məncə bütün bu olanlar hakimiyyətin cızdığı bir ssenari idi.Vətəndaşlarını daima qorxu altında saxlamaq istəyən hakimiyyət tərəfindən.Bu hakimiyyət nə sülh yolu ilə nə də müharibə ilə torpaqları qaytaran deyil.
    Baş verənlər müxalifətin aksiyalarımdam qorxuya düşən hakimiyyətin təşkil etdiyi bir oyun idi.Düzdü döyüşlər olub,əsgərlərimiz ölüb.Məhz belə  bir vaxtda əməliyyatların olması hakimiyyətin planı idi.Son zamanlar onlara olan çoxsaylı beynəlxalq təzyiqlər,müxalifətin fəallaşması idi səbəb bunların baş verməsinə.Xalqın başın müharibə xofu ilə qatırlar.Belə bir durumda müxalifət piket,aksiya keçirsə əvvəlcədən planlaşdırılmış ssenariyə uyğun olaraq iqtidar müxalifəti ölkənin dar günündə xalqa dəstək olmamaqda.ermənilərə işləməkdə günahlandıracaq təbii ki.Amma biz anlayırıqki,bunlar Qarabağı qaytaran deyillər.Azərbaycanın ən böyük problemi demokratik rejimin qurulmasıdır.Bu baş verdikdən sonra Qarabağ da alınacaq.Müxalifəti vətəni sevməməkdə günahlandıranlar anlasınlarki əgər müharibə baş verərsə ilk olaraq cəbhəyə gedənlər də müxalifətçi gənclər olacaq.Biz bu vətən,bu xalqın azadlığı uğrunda mübarizə aparırıq.20 ildə Qarabağı almayan rejimdən müharibə gözləmirik!

Комментариев нет:

Отправить комментарий