12.3.12

Və bir səhər oyanıb görəcəyəm ki....

....Və bir səhər oyanıb görəcəyəmki,
  İnsanlar xoşbəxtdir.Polis hakimiyyəti yox asayişi qoruyur,insanların cibinə narkotik atmır,haqqını tələb edənləri döymür,vicdanla vəzifəsini yerinə yetirir.Müəllimlər tələbəni cibinə görə yox biliyinə görə qiymətləndirir.həkimlər xəstəylə heyvan kimi yox insan kimi davranır,xəstəni puluna görə müalicə etmir.Prezident və deputatlar təyin  olunmur,xalq secir.Hakimlər sifarişlə yox ədalətlə qərarlar verir.Dövlət mafiya qanunları ilə deyil,konstitutsiya ilə idarə olunur.İnsanlar haqqını tələb etməkdən qorxmur.Ancaq fahişələr və mavilər xalq artisti olmur.İnsanlara hansi bölgədən olduğuna,kimin qohumu olduqlarina görə yox insanın ozünə görə qiymət verirlər.YAP adlı partiya artıq mövcud deyil.Vicdan məhbusları azadlıqda vicdansızlar isə həbsdədir.Partiyaların qərargahları əllərindən alınmır.Müxalifətçi düşmən gesab edilmir.Lazım gəlib və artıq Qarabağ azad edilib.Xalq öz prezidentini sevir (təbii ki,öz seçdiyi prezidenti) onu dəstəkləyir.Heç kəs əsgərlikdən yayınmır,əsgərə qiymət verilir,zabitlər əsgərləri döymür,əsgərlərimiz bir-birini yox ermənini öldürür.Hamı Azərbaycan türkü olmağıyla fəxr edir...Və onu da görəcəm ki, pəncərəm artıq tozlu deyil

P.S. Bunlar "işsiz gücsüz adam" dediyiniz gəncin arzuları deyil tezliklə reallaşacaq proseslərdi.
  
   Hec nə öz-özünə baş vermir.Nəyinsə baş verməsi üçün çalışmaq lazımdı.Əgər azad,demokratik ölkənin vətəndaşı olmaq istəyirsənsə sən də haqqını tələb et.Susduqca daha çox əziləcəksən,yatdıqca daha cox ogurlayacaqlar sənin olanları.Susduqca rejimin növbəti hədəfi sən olacaqsan.Haqqını tələb et,sən də Gənclərin 17 MART "Gələcək Naminə" mitinqinə qoşul!Gələcəyini düşün!

Комментариев нет:

Отправить комментарий