13.6.14

Elə belə bir yazı...

  Məmurları milyonlara sahib olan,dəbdəbəli həyat sürən,villalarını,bahalı maşınlarınısosial şəbəkələrdə paylaşıbıb öz acgözlüklərini xalqın gözünə soxan insanlarla qarabağ əlilinin,müəllimin imkansızlıqdan dilənçilik etdiyi neft və milyonlar səltənəti olan bir ölkədə yaşamaq çox çətindir.Əslində asan olmalıdır.Yerinin altı da üstü də sərvətlərlə dolu olan bir ölkənin vətəndaşları xoşbəxt olmalıdır.Bu bizim,Azərbaycan vətəndaşlarının haqqıdır.Amma reallıqsa bunun tam əksidir.Təkcə neftdən hər gün hesablamağa belə həvəsim olmayacaq miqdarda pul qazanılır.Qazanılan bu milyonlar Azərbaycan vətəndaşına,onun rifahının yaxşılaşdırılmasına deyil,illərdir xalqın pulunu oğurlayan,insanların haqqlarını tapdalayan acgöz məmur ordusunun ciblərinə axır.Qanları rüşvətlə zəhərlənmiş insanlar vətəndaşlara xidmət edə,onların problemləri ilə maraqlana bilməzlər.Azərbaycan məmurunu maraqlandıran insanların necə yaşaması deyil,büdcədən ayrılmış milyonları necə silməyin yollarını öyrənməkdir.Oğurlaq,əliəyrilik bunların əsas insani keyfiyyətləridir.Bu insanlar heç vaxt xalqa,millətə xidmət edə bilməz.Onlardan yaxşı nəsə gözləmək İlham Əliyevin demokratik yolla prezident seçilməyinə inanmaq qədər sadəlövhlükdür.
   Bu ölkədə vətəni sevmək,azadlıq uğrunda mübarizə aparmaq,haqqlarını tələb etmək ən ağır cinayət,bu mübarizəni aparanlarsa ən təhlükəli cinayətkarlardır iqdidarın gözündə.Yaltaqlıq,ikiüzlülük,rüşvətxorluq isə vəzifə tutmaq üçün qoyulmuş kriteriyalardır.Əgər belə olmasa idi savadlı,intellektli,fədakar insanlar həbsdə,vətən sevgisinin nə olduğunu bilməyənlər,iki eşşəyin arpasını bölmək qabiliyyətinə sahib olmayanlar isə vəzifələrdə olmazdırlar.
    Azərbaycanı pillələri arasında yerlə göy qədər fərq olan iki pilləli bir nərdivana bənzədirəm.Aşağı pillədə xalq,yuxarı pillədə isə rüşvətxor məmurlar dayanır.Yuxarı ilə aşağı arasında əlaqə illərdir kəsilib.Məmurlar nəyinki xalqın problemlərini həll etmir,heç maraqlanmırlar da.Əksinə insanların əlində olan hər şeyə gözlərini dikiblər.Bunların doymaq fikirləri yoxdur,ümumiyyətlə doymağın nə olduğunu bilmirlər.Rüşvətsiz yaşamağı bacarmırlar.Vəzifəyə gəlmək üçün rüşvət verən adamdan bunnan fərqli bir sey gözləmək də olmaz.

Комментариев нет:

Отправить комментарий