9.11.11

Bizə Azadlıq Lazımdırmı ???


İnsan Allahın quludur. Başqa heç kəsin:  Nə başçının, nə də prezidentin.
Hər gün ən çox işlətdiyimiz söz Azadlıq-dır. Maraqlı bir paradoks : Əgər bir şey yoxdursa, ondan daha çox danışılır. Burdan da belə nəticəyə gəlmək olar ki, Azadlıqımız yoxdur. Özümdən bir adi misal gətirim ki, sizlərə fikrim daha aydın olsun.Mənim pulum yoxdur və  gün ərzində ən çox fikirləşdiyim onu necə əldə etməyim, qazanmağımdır. Bəli, bəlkədə fikirləşirsiniz ki, necə də aciz bənzətmədir.................................
Hər kəs azad olmaq istəyir. Heç kəs yaltaq, kölə olmaq istəmir və bu barədə heç  düşünmür də. Lakin sonda əksəriyyət yaltaq, az bir qisim isə azad düşüncəli olub, əsl azadlığı dadmaq istəyir.
Azərbaycanın bir əsrlik tarixinə nəzər salsaq, cəmisi 3 il azad olduğunu görərik. Bu 1918-1920 və 1992-1993-cü illərdir. 100ildə 3il azadlığı dadmaq böyük nemətdir. Elə xalqlar da var ki, yarandıqlarında kölə olublar və hələ də qalmaqdadırlar.Onlar Azadlıq adlə bu neməti hələ də dadmayıblar. Ancaq biz də 1 əsrdə 3il yox, 97 il azad ola bilərdik. Elə deyilmi???
Müasir dövrdə gəncliyimiz üçün Azadlıqdan daha önəmli məsələlər var...........  Gənclərin çox az bir hissəsi azadlıq barədə düşünür. Oğlanların əksəriyyəti kefdə,damağda keçirməyi, qız fırlatmağa və s sərf edir. Qızlar isə pul, qır-qızıl, dəbli geyim və bu kimi digər boş-boş şeylər barədə düşünürlər. Bəıziləri isə irəli getmək, karyera qurmaq üçün dırnaq arası yollardan istifadə edirlər. Daha dəqiqi Yaltaqlıq....
Bilirəm çəxunuz məni bu yazıya görə qınayacaqsınız, təqid edəcəksiniz. Mən şahidi olduqlarım barədə yazmışam, yazıram və yazacam da. Eşitdiklərim barədə yox. Bu millətə azadlıq lazım deyil. Yox əsla yox belə düşünməyək.  Bu xalq Resulzadə, Elçibəyin xalqıdır. Yadıma bir məsəl düşdü : “Bir axsaq qoyun bütün sürünü pozur. Yenə yersiz misal çəkdim. Ancaq yerinə düşə biləcək bundan tutarlı misal tapa bilmədim. Kimdir bu axsaqlar??? O axsaqları tapıb, rədd edək. Azadlığı dadaq, azad nəfəs alaq.
Biz azad olmağa layiqik. Resulzadə, Elçibəy bu yolu gedib. Səndə lazım olsa canını fəda et!!!
                                                                 Dur ayağa ya azad ol,
                                                         Ya tamam  yan Azərbaycan !!!

Комментариев нет:

Отправить комментарий