21.10.11

Təhsil millətin gələcəyidir...

Olmayan bir zaddan danışmaq çox çətindir. Buna baxmayaraq, yazmağa cəhd edəcəm. Bu gün Azərbaycanda hər sahənin olduğu kimi təhsilin də analoqsuz,ataloqsuz mən nə bilim nə loqsuz inkişafından danışırlar. Amma mən nə qədər çalışsam da bu inkişafı görə bilmədim. Yəqin ki, bu gözlərimin zəifliyindən və ürəyimin həssaslığından irəli gəlir. Buna görə də eynək taxıb inkişafın həqiqətən də olub-olmadığını yoxlamaq qərarına gəldim. Doğurdan da dəyişiliklər gördüm. Yeni məktəblər tikilib, köhnələri təmir olunub. Düzdür bunu eynək taxmadan da görmək olardı. Amma istədiyimi görə bilmədim. Təhsildəki inkişaf yalnız "kosmetik" xarakter daşıyır. Məktəblərdə təhsilin səviyyəsində azacıqda olsa inkişaf baş verməyib "Köhnə hamam, köhnə tas"
   Universitetlərdə də eyni vəziyyətdir. Təhsil haqqı ildən-ilə qalxır kəllə çarxa. Təhsilin səviyyəsi isə həmişəki kimi. Hətta həmişəki bu enmənin yanında toya gedəsidir. Təhsil haqqlarının artması da, universitetlərdə oxumaq istəyən insanların arzusunu ürəyində qoyur. Bu da ali təhsil almaq istəyənlərin sayını və təhsilin səviyyəsini aşağı salır. Görəsən bu kimə sərf edir?

Комментариев нет:

Отправить комментарий